Xəbəri Kokpitdə Oxuyun!

Madrinqə gətirilən yeniliklər

Yarışlar ardıcıl formada keçirildikdə komandalar adətən böyük texniki yeniliklər təqdim etməyə tələsmirlər. Qarşıdakı İspaniya Qran Prisi də bunun növbəti nümunəsi olub.

Çempionat iştirakçılarının onsuz da yeni Madrinq trasını öyrənmək və kifayət qədər mürəkkəb olan bu tras üçün optimal sazlanmaları müəyyənləşdirmək kimi işləri var. Buna görə də 11 komandadan yalnız 6-sı avtomobillərinin konfiqurasiyasında dəyişiklik etdiyini açıqlayıb.

McLaren

Narıncılar yalnız təqdim edib. MCL40-ın arxa qanadında əlavə aerodinamik elementlər peyda olub.

Komandanın bildirdiyinə görə, bu elementlər “əsas qanad səthinə, eləcə də onun hərəkətli elementinə yönələn axının xüsusiyyətlərini yaxşılaşdırmağa” imkan verir.

Mercedes

Kimi Antonelli və Corc Rassellin avtomobillərində yeniliklərin sayı daha çoxdur, lakin bunlar da böyükmiqyaslı dəyişikliklər deyil.

İlk olaraq W17-nin arxa qanadında hərəkətli elementin üzərində daha ensiz əlavə qanad quraşdırılıb. Komandanın açıqlamasına əsasən, bu həll həmin bölgədə asfaltayatmanı azaltmağa və Madrid trasına uyğun səviyyədə hava müqavimətini aşağı salmağa imkan verir.

İkinci dəyişiklik egzoz borusunun ucunun arxasında yerləşən əlavə qanaddır. Onun məqsədi işlənmiş qaz axınının yayınma bucağını artırmaqdır ki, bu da əksinə, asfaltayatmanı yüksəldir.

Üçüncü yenilik avtomobilin ön hissəsinə aiddir. Formula 1-də “ön baraban” adlandırılan ön əyləc qovşağının korpusunun geometrik forması dəyişdirilib. Əslində, bu avtomobillərdə əyləclər, təbii ki, disk tipindədir.

Barabanın ön hissəsi sükanın istənilən bucaqda çevrilməsi zamanı hava axınının xüsusiyyətlərini yaxşılaşdırmaq üçün yenidən formalaşdırılıb. Bu dəyişiklik həmçinin şassinin arxa hissəsinə yönələn hava axınının keyfiyyətini artırmağa imkan verir.

Red Bull Racing

RB22-də dəyişikliklər yarış avtomobillərində “arxa künc” adlandırılan sahəyə toxunub.

Komandanın bildirdiyinə görə, Monza mərhələsində başlayan aerodinamik kuzov elementlərinin yenilənməsi davam etdirilib. Bu səbəbdən arxa asqının örtüklərində daha möhkəm qoruyucu manjetlərdən istifadə olunub.

Döşəmənin ön hissəsindəki splitterin forması da dəyişdirilib. Məqsəd “lokal deformasiyanı azaltmaqla konstruksiyanın və aerodinamik səthlərin aşınmasının qarşısını almaqdır”.

Ferrari

Maranello komandasının avtomobillərində arxa asılqanın üst üçbucaq qollarının örtüklərinin forması dəyişdirilib. Bu yeniliyin məqsədi aerodinamik yükün daha optimal şəkildə paylanmasını təmin etməkdir.

Alpine F1

A526-nın altlığının ön hissəsində əlavə aerodinamik element peyda olub. Komandanın sözlərinə görə, bu həll “lokal təzyiqin paylanmasını və hava axınının idarə olunmasını yaxşılaşdırmaq” üçün tətbiq edilib və həmin sahədə asfaltayatmanın effektiv şəkildə yaradılmasına imkan verir.

Cadillac F1

Amerika komandasının avtomobilinin arxa qanadına əlavə qanad geri qaytarılıb. O, hərəkətli elementin mərkəzi hissəsində yerləşir. Bu yeniliyin məqsədi aerodinamik yükü artırmaqdır. Ümumilikdə isə həll müxtəlif şəraitlərdə avtomobilin aerodinamik sabitliyinin yüksəldilməsinə kömək edir.

Rauf Hacıyev

Şərh əlavə et