İndi isə növbə Fernando Alonsonundur. İspaniyalı pilot Madriddə keçirilən ev yarışında yeni Madrinq avtodromunun padokuna təkcə Hugo Boss markalı qara kostyumda gəlməyib, həm də İspaniya Qran Prisi üçün xüsusi hazırlanmış yeni dəbilqəsini təqdim edib.
Alonsonun sosial şəbəkə hesablarında dəbilqənin görüntüləri yayıldıqdan sonra paylaşımda belə qeyd edilib: “Fernando Alonsonun İspaniya Qran Prisinə həsr olunmuş eksklüziv dizayna malik yeni dəbilqəsi sürət üçün xüsusi hazırlanıb. Dəbilqədə Madrinq avtodromu üçün hazırlanmış bu kostyumun özünəməxsus dizayn elementləri də əks olunub”.
Təbii ki, pilotların dəbilqə dizaynına yanaşması ilə bağlı zövqlər fərqlidir. Kimisi parlaq rənglərə və cəsarətli, müasir dizayna üstünlük verir, kimisi isə məhz belə ciddi və minimalist görünüşü sevir.
Ona görə də bəzi azarkeşlər artıq Alonsonun yeni dəbilqəsini bu ilin ən yaxşı dizaynı adlandırmağa tələsiblər. Görünür, bu fikirlə razılaşanların sayı da az deyil.







Şərh əlavə et