Xəbəri Kokpitdə Oxuyun!

İspaniya Qran Prisi: Həftəsonu üçün hava proqnozu

Proqnozlara görə, Madriddə həftəsonu isti hava gözlənilir, yağıntı ehtimalı yoxdur.

Kokpit.az xəbər verir ki, cümə günü hava günəşli olacaq, gündüz temperatur 31 dərəcəyə çatacaq, mülayim cənub-şərq küləyi əsəcək. Şənbə günü yenə günəşli hava gözlənilir, gündüz temperatur 33 dərəcə olacaq. Bazar günü isə daha isti olacağı ehtimal edilir – temperatur 36 dərəcəyə yüksələcək və səmada yenə bulud olmayacaq.

Qeyd edək ki, bu, Madrinq trasında ilk yarışdır və quru havada baş tutması komandaların işini müəyyən qədər asanlaşdıracaq.

Gilənur Hüseynova

Şərh əlavə et