Lekler bazar günü keçirilən İtaliya Qran Prisinin ikinci dövrəsində mübarizəni dayandırıb. Monakolu pilot Parabolika döngəsindən 230 km/saatdan yüksək sürətlə keçərkən bolidinə nəzarəti itirib.
Qəza bolidin su drenajının üzərindən keçərkən tullanmasından sonra baş verib. Oskar Piastrinin McLaren bolidinə qarşı mövqeyini qorumağa çalışan Lekler trasdan kənara çıxaraq təkər baryerlərinə çırpılıb.
Lakin 50G-dən çox yüklənmənin qeydə alındığı zərbəyə SF-26 tab gətirib. Ferrari Madriddə bu həftəsonu keçiriləcək yarış üçün tamamilə yeni güc qurğusundan istifadə etmək əvəzinə yalnız ötürmələr qutusu korpusunu dəyişəcək.
İspaniya Qran Prisi Ferrari-yə Monzada ilk dəfə istifadə etdiyi ADUO mühərrik yenilənməsini bir daha sınaqdan keçirmək imkanı verəcək.
Monza ümumilikdə İtaliya komandası üçün məyusedici həftəsonu olub. Ferrari yalnız Lyuis Həmiltonun altıncılığı sayəsində 8 xal toplaya bilib. Üstəlik, hər iki pilot ilk dövrədə az qala toqquşurdu.
Bu nəticədən sonra Ferrari çempionatınlideri Mercedes-dən 122 xal geridə qalır. Mercedes Monzada da qalib gəlib. Kimi Antonelli isə 1966-cı ildə Lüdoviko Skarfiottidən sonra doğma ölkəsində yarış qazanan ilk italiyan pilot olub.




Şərh əlavə et