Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Hard təkərlə başlamalı idik

Həmilton İtaliya Qran Prisində Ferrari-nin Medium tərkibli təkərlərlə yarışa başlamaq qərarından sonra seçilən strategiyanın onlar üçün istənilən nəticəni vermədiyini bildirib.

Monzada yarışı altıncı pillədə başa vuran britaniyalı sürücü, İtaliya Qran Prisindən sonra Ferrari-nin yarış strategiyasını dəyərləndirib.

Yarışa Medium tərkibli təkərlərlə başlayan ysddiqat Dünya Çempionu  əvvəlcə Hard tərkiblə start götürməli olduqlarını düşündüyünü, lakin komandanın Medium tərkibli təkərlərə üstünlük verdiyini söyləyib.

Lyuis Həmilton: “Daha artığını edə biləcəyimi düşünmürəm. Əlimdən gələni etdim. Açığı, Hard təkərlərlə başlamalı olduğumuzu düşünürdüm. Komandaya da bunu etməli olduğumuzu deyirdim. Lakin onlar yarışa Medium tərkibli təkərlərlə başlamağın daha doğru olduğunu düşünürdülər.

Dedilər ki, bu, seçimlərimizi açıq saxlayacaq və lazım gəlsə, pit-stop edə biləcəyik. Həmçinin startda daha arxada olduğumuz üçün ötmələr etməli idik. Onların düşüncəsinin bir hissəsi də bundan ibarət idi.

Daha sonra pit-stop etmədik və mən də təkərlərimi tamamilə tükətdim. Əlbəttə, Hard təkərlərlə başlamış olsaydıq, bəlkə də həmin sürücülərə bir qədər daha yaxın ola bilərdik. Ancaq xalis sürət baxımından onlar sadəcə olaraq daha sürətli idilər”.

Rauf Hacıyev

Şərh əlavə et