Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Həddi aşırıq

İtaliya Qran Prisinin ilk dövrəsində komanda yoldaşı Həmiltonla təmas yaşayan Şarl Lekler medianın Ferrari sürücülərini bir-birinə qarşı qoyduğunu bildirib.

 

Kokpit.az xatırladır ki, Həmilton ilk döngədə daxili tərəfdən manevr edərkən Lekler öz trayektoriyasını  qoruyaraq mübarizəni davam etdirib. Qaydalara əsasən, xarici tərəfdə olan bolidin döngənin ortasına qədər öndə olması tələb olunsa da, trasdan kənara çıxan Həmilton çınqıllıq sahəyə düşərək bir neçə mövqe itirib.

Son dövrdə Ferrari-də komanda daxilində əməkdaşlıqla bağlı müzakirələr barədə sualı cavablandıran Lekler buna etiraz edib: “Aramızda düşmənçilik olduğu barədə bu fikri kimin ortaya atdığını həqiqətən bilmirəm. Böyük ehtimalla mediadır. Düzünü desəm, Zandfortdan sonra onsuz da həddindən artıq çox açıqlama verilib”.

Proses Niderland Qran Prisində strategiya qarışıqlığının yaşanmasından sonra başlayıb. Həmin yarışda Leklerin daha sürətli tempə malik Həmiltona baxmayaraq boksa çağırılmaması müzakirələri daha da artırıb.

İtaliya Qran Prisindəki təmasdan sonra fırlanaraq yarışdan kənarda qalan Lekler komandanın ev yarışında belə hadisənin baş verməsinin xoş olmadığını qəbul edib: “Yarış zamanı həddi aşdığımız doğrudur.

İlk döngədə, daha sonra isə ikinci döngədə mümkün qədər dar xətti qorumağa çalışdım, amma nəticəsi yaxşı olmadı. Belə bir hadisənin burada baş verməsi, əlbəttə, yaxşı vəziyyət deyil”.

Rauf Hacıyev

Şərh əlavə et