Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen: Podiuma görə xoşbəxtəm

Maks Ferstappen Monzadakı İtaliya Qran Prisində podiumun son pilləsini əldə etdikdən sonra yarış zamanı yaşadığı çətinlikləri dəyərləndirib.

Niderlandlı sürücü yarış boyunca xüsusilə rəqiblərinə qarşı müdafiə olunarkən və hücum edərkən trasın xarici trayektoriyasından istifadə etmək məcburiyyətində qaldığını bildirib.

Ferstappen həmçinin Red Bull-un ikinci döngədən dördüncü döngəyə qədər olan hissədə enerji istifadəsində rəqibləri ilə müqayisədə ciddi çatışmazlıq yaşadığını qeyd edib.

Maks Ferstappen: “Rəqiblərimizlə müqayisədə ikinci döngədən dördüncü döngəyə qədər enerji istifadəsində çox çətinlik çəkdiyimiz üçün dəfələrlə xarici tərəfdən hücum etməli oldum.

Ümumilikdə, bu gün maksimal sürət baxımından o qədər də yaxşı deyildik. Buna görə də mübarizədən qopmamağa çalışdım, amma onlar bir qədər çox sürətli idilər.

Davamlı olaraq öz tempimi qorumağa çalışırdım. Lakin bir məqamda bunu itirdim və öz yarışımı davam etdirməyə çalışdım.

Üçüncülükdən və burada podiumda olmaqdan xoşbəxtəm”.

Rauf Hacıyev

Şərh əlavə et