Xəbəri Kokpitdə Oxuyun!

Rassell: Qalib olmağı çox istəyirdim

İtaliya Qran Prisində yarışı ikinci pillədə başa vuran Corc Rassell yarışdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Son dövrələrdə liderliyi əldən verən britaniyalı sürücü Kimi Antonellini təbrik edib:

Corc Rassell: “Kimini ürəkdən təbrik edirəm. Onun adına inanılmaz nəticədir.

Yarışın əvvəlində liderlər cədvəlinə baxanda onun artıq beşinci, daha sonra dördüncü pilləyə qədər yüksəldiyini gördüm və qələbə uğrunda mübarizənin içində olacağını anladım.

Bizim üçün də yarış kifayət qədər güclü gedirdi. Lakin sonlara doğru təkərlərlə ciddi problemlər yaşamağa başladım.

Bütün yarışı bir dəst sərt təkərlə tamamladıq. Buna baxmayaraq, ikinci yeri qəbul edirəm. Yay fasiləsindən əvvəlki vəziyyətimizlə müqayisədə indi daha müsbət mövqedəyik. Amma əlbəttə ki, bu gün qalib olmağı çox istəyirdim”.

Komandanın yarış zamanı iki fərqli strategiyaya keçməsini də dəyərləndirən Rassell boks qərarı barədə belə danışıb: “Düzünü desəm, ikimizin də trasda qalacağını düşünürdüm.

Kimini boksa çağırdıqlarını görəndə təəccübləndim. Günün sonunda hər ikimiz üçün bir növ qumar oynanıldı. Həmin anda komanda hansı strategiyanın daha yaxşı nəticə verəcəyini dəqiq bilmirdi.

Bolidlərin strategiyalarını bölmək məntiqli idi. Nəticədə Kimi əla temp nümayiş etdirdi və yarışı bu şəkildə başa vurduq”.

Rauf Hacıyev

Şərh əlavə et