Ev yarışı olan Monzada damalı bayrağı ilk sırada görən italyan pilot keçirdiyi böyük sevinci belə ifadə edib:
Şarl Lekler: “İnanılmazdır, həqiqətən çox xoşbəxtəm və bu gün ilk sırada ola biləcəyimi heç vaxt təsəvvür etməzdim.
Amma bunu bacardıq. Hiss etdiyim xoşbəxtliyi sözlərlə ifadə edə bilmirəm”.
Yarışın son bölümündə liderlik uğrunda komanda yoldaşı Corc Rasselli keçməyə çalışarkən çınqıllıq sahəyə çıxması və həmin an yaşadığı qorxu barədə sualı cavablandıran italiyalı sürücü deyib: “Həmin an həqiqətən qorxulu idi. Döngədə asfalt dağılırdı, amma yenə də döngəni tamamlaya biləcəyimi bilirdim.
Lakin bir dəfə çınqıllıq sahəyə daxil olub düz getməyə başlayanda içimdən ‘Deyəsən, şansımı itirdim’ dedim.
Xoşbəxtlikdən tempimiz hələ də yaxşı idi və qələbəni evə gətirməyi bacardım”.




Şərh əlavə et