Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen: Yarışı saz maşınla keçirmək istəyirəm

Red Bull Racing-in İtaliya Qran Prisinin təsnifatında ən yaxşı nəticəsi Maks Ferstappenin altıncı yeri olub. Dördqat dünya çempionu sessiyadan sonra maşındakı texniki problemlərdən danışıb.

Liam Louson 14-cü nəticə göstərib və güc qurğusunun elementlərinin dəyişdirilməsinə görə aldığı cəza səbəbindən pelotonun sonundan start alacaq.

Maks Ferstappen: “Üçüncü məşq bizim üçün yaxşı alınıb – cümə günü ilə müqayisədə yaxşı irəliləyişə nail olmuşduq. Təəssüf ki, təsnifatda elə ilk dövrədə arxa asılqanla bağlı problemlər yenidən başladı. Bu problemlər mövsüm ərzində bizdə artıq dəfələrlə yaranıb və yarış həftəsonunun müxtəlif mərhələlərində baş verib.

Təəssüf ki, bu dəfə onlar təsnifatda ortaya çıxdı. Maşın bordürlərdə və nahamarlıqlarda güclü şəkildə tullanmağa başladı. Bütün bunlar onsuz da mübarizənin çox sıx olduğu trasda sürət itkisinə gətirib çıxarır. Əgər problemi həll etmək mümkün olsa, sabah mübarizə aparacağıq. Amma bu, podium üçün kifayət edəcəkmi? Bilmirəm. Mən isə yarışı 100 faiz saz maşınla keçirmək istərdim. Bu, əla olardı”.

Liam Louson: “Düzünü desəm, təsnifatın finalına keçmək lazım idi. Cümə məşqlərində yaxşı sürətimiz var idi, amma bu gün maşın effektivliyini bir qədər itirdi. Ümumilikdə məqsəd Maksı finala çıxarmaq idi və biz bunu etdik.

Mənim bütün həftəsonum yarışa hazırlığa həsr olunmuşdu, çünki cəza barədə əvvəlcədən bilirdik. Vəziyyət ideal deyil və mən vahid dövrədə sürət üzərində işləməmişdim. Bu, həmçinin birinci döngədə təkərlərin bloklanması, mənə, şübhəsiz, kömək etmədi”.

Gilənur Hüseynova

Şərh əlavə et