Kokpit.az xatırladır ki, monakolu sürücü sıralanma turunda 5-ci olsa da, Antonelli və Piastrinin cəzaları ilə yarışa üçüncü yerdən başlayacaq.
Sıralama turu boyunca avtomobildə müxtəlif problemlərlə mübarizə apardıqlarını bildirən Lekler sessiyadan sonra bunları deyib.
Şarl Lekler: “Bu, həqiqətən də çox çətin mübarizə idi. Xüsusilə Q2-yə çatanda hər ikimizin mübarizədən kənarda qalmaq təhlükəsi var idi.
Amma açığı, arxa planda həll etməli olduğumuz çoxlu problemlər var idi. Paddokda kiminlə danışsanız, əminəm ki, onların da oxşar problemlər yaşadığını deyəcək. Çünki bura güc qurğularını optimallaşdırmağın ən çətin olduğu traslardan biridir.
Lakin bu, bəhanə deyil. Pyer və Alpine hər şeyi mükəmməl şəkildə yerinə yetirdi. Düşünürəm ki, onlar əla iş görərək padokdakı hər kəsi təəccübləndirdilər.
Bu arada Pyerin adına çox sevindiyimi də deməliyəm.
Bu gün öz səhvlərimiz ucbatından itirdiyimiz şeyləri kompensasiya etmək bizim vəzifəmizdir. Poul əldə etmək mümkün deyildi, ancaq yəqin ki, ən azı bir sıra daha yuxarıda ola bilərdik.
Məqsədimiz hər şeyi maksimum səviyyədə yerinə yetirmək olmalı idi, lakin bu gün bunu bacarmadıq. Yarışda nələrin baş verəcəyini görəcəyik”.
Yarış tempində Corc Rassell və Pyer Qasli ilə mübarizə aparıb-apara bilməyəcəyi soruşulan Lekler düzlüklərdəki sürət çatışmazlıqlarına diqqət çəkib: “Bu, hazırda bizim də özümüzə verdiyimiz sualın eynisidir. Düşünürəm ki, rəqiblərimiz düzlüklərdə çox güclüdür. Biz isə döngələrdə güclüyük. Amma Monzada döngələrdən daha çox düzlük var.
Düzlüklərdə ötmələrə qarşı çox açıq olacağıq və önümüzdəki pilotlara hücum etmək bizim üçün çətinləşəcək. Bununla belə, enerji idarəetməsinin bu və ya digər şəkildə böyük fərq yarada biləcəyi və bizə müəyyən məqamda ötmək üçün fürsət verə biləcəyi də doğrudur. Ona görə də yarışda ağıllı davranmalı və yarışı harada başa vuracağımızı görməliyik”.




Şərh əlavə et