Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Nəticəni qəbul edirəm

McLaren komandasının pilotu Oskar Piastri İtaliya Qran Prisinin sıralama turlarında əldə etdiyi üçüncü yerdən sonra açıqlama verib.

Avstraliyalı sürücü sıralama turlarını ön cərgədə tamamlaya bilməsə də, uzun fasilədən sonra belə bir nəticə əldə etməyin ona əlavə motivasiya verdiyini bildirib.

Oskar Piastri: “Poul mövqeyi üçün kifayət qədər sürətimiz yox idi, amma Q3-də ilk cəhdim kifayət qədər yaxşı alındı. İkinci cəhd üçün boksdan çıxarkən kiminsə önümdə gedərək mənə hava kisəsi yaratmasını gözləyirdim, amma heç kim buna yaxın durmadı.

Çətin olacağını bilirdim. Son dövrədə əyləc nöqtəsini bir qədər səhv hesabladım və təkərləri blokladım. Sıralanma turu mənim üçün belə keçdi. Buna baxmayaraq, məqbul və razı salan nəticə əldə etmək gözəldir”.

Piastri uzun müddətdir belə nəticəyə ehtiyac duyduqlarını da vurğulayıb: “Bir müddətdir belə bir nəticəyə ehtiyacımız var idi. Buna görə də üçüncü yeri məmnuniyyətlə qəbul edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et