Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Pyer məni şahmatda da udmuşdu

Mercedes komandasının pilotu Corc Rassell Monzada keçirilən İtaliya Qran Prisinin sıralama turlarında poul mövqeyini Pyer Qasliyə uduzaraq ikinci yerdə qərarlaşıb.

Britaniyalı sürücü sıralanma turunu poul qazanan Pyer Qaslindən bir pillə geridə, ikinci yerdə tamamlayıb.

Mercedes pilotu sıralama turundan təxminən 15 dəqiqə əvvəl Pyer Qasli ilə şahmat oynadıqlarını və fransalı pilotun bu oyunda onu məğlub etdiyini bildirib. Rassell daha sonra Qasliyə sıralama turlarında onu məğlub edəcəyini söylədiyini, lakin sonda yenə ikinci yerdə qaldığını zarafatla ifadə edib.

Corc Rassell Pyer Qaslini xüsusi qeyd edərək deyib: “Pyeri həqiqətən təbrik edirəm. Bu, inanılmaz performans oldu.

Sıralama turundan  təxminən 15 dəqiqə əvvəl şahmat oyununun sonuna çatmışdıq və o, məni məğlub etdi. Mən də ona ‘Deyəsən, sıralama turunda mən də səni məğlub edəcəyəm’ dedim. Amma gördüyünüz kimi, yenə qarşımda qərarlaşıb!

Onu həqiqətən təbrik edirəm. Lakin əlbəttə ki, poul mövqeyini qazana bilmədiyim üçün məyusam.

Ferstappen dövrənin əvvəlində trasa çıxanda işlər bir qədər mürəkkəbləşdi. Mən dövrəmi onun çox yaxınlığında tamamladım. Lakin Pyer və Alpine həqiqətən çox sürətli idi”.

Rauf Hacıyev

Şərh əlavə et