Sıralama turundan sonra günün onun üçün, demək olar ki, “sehrli” keçdiyini bildirən Qasli Monza trasının onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, həmçinin bolidin performansından məmnun qaldığını bildirib.
Sessiyadan sonra jurnalistlərin suallarını cavablandıran Qasli bunları söyləyib: “Möhtəşəm gün idi! Hər kəsə çox təşəkkür edirəm. İnanılmaz bir sıralama sessiyası keçirdik
Q1-dəki ilk dövrəmdən etibarən boliddə özümü çox rahat hiss etmişəm. Hər sessiyada addım-addım irəliləməyə çalışdım və sonda əla bir dövrə vurdum.
Tam doqquz ildir poul mövqeyi qazanmaq fürsətinin arxasınca gedirdim. Karyeramda ilk qələbəmi Monzada qazanmışdım, ilk poul mövqeyimi də məhz bu trasda əldə etdim. Monzanın həqiqətən də özünəməxsus ruhu var”.




Şərh əlavə et