Kokpit.az xəbər verir ki, Ferrari sürücüləri günü üç slik təkər tərkibini və yenilənmiş güc qurğusunu qiymətləndirməyə həsr ediblər.
Şarl Lekler: “Monzaya qayıtmaq həmişə xoşdur, çünki bu, bütün komanda və tifozilər üçün xüsusi trasdır.
Hələ işləməliyik, çünki rəqiblər çox güclü görünürlər, amma hələlik maşından hisslər yaxşıdır. Zəif yerlərimizi bilirik və yarışda daha yaxşı nəticə qazanmaq üçün onların aradan qaldırılmasına köklənəcəyik”.
Lyuis Həmilton: “Gün birmənalı alınmayıb, amma çox faydalı məlumat əldə etmişik. Yenilənmiş güc qurğusu düzgün istiqamətdə atılmış addım olub və görülən işə görə bazadakı hər kəsə çox minnətdaram.
Gün ərzində sazlamalarda bir neçə dəyişiklik etmişik və müsbət məqamlar tapmışıq, amma maşının potensialını tam açmaq və həqiqətən yaxşı dövrə vurmaq hələ də bizim üçün çətindir.
Komanda bəzi məqamları daha yaxşı anlamalıdır, buna görə bu axşam telemetriya məlumatlarını diqqətlə öyrənəcəyik və şənbə günü maşını daha uyğun işçi diapazona gətirməyə çalışacağıq ki, kvalifikasiyaya ən yaxşı formada yaxınlaşaq”.




Şərh əlavə et