Cümə günü keçirilən sessiyalarda bolidi idarə etməkdə çətinlik çəkdiyini bildirən britaniyalı sürücü düzlüklərdəki sürət fərqinin narahatedici olduğunu vurğulayıb.
Lyuis Həmilton: “Düzlüklərdə sürətimiz gözardı edilə bilməyəcək qədər ciddi problemdir, çox vaxt itiririk. Sadəcə məlumatlardakı fərqlərə baxanda belə düzlüklərdə Corcun məndən öndə olduğunu aydın şəkildə görə bilirəm. Bu, mütləq araşdırmalı olduğumuz məsələdir.
Bununla yanaşı, balans baxımından da problem yaşadıq. Boliddən yaxşı dövrə çıxarmaq həqiqətən çox çətin idi.
İkinci sərbəst yürüşdə bolidi idarə etmək səbəbini bilmədiyim şəkildə daha da çətinləşdi. Bəzi sazlama dəyişiklikləri etmişdik, amma bunun bolidə bu qədər mənfi təsir göstərməməsi lazım idi. Bəlkə əvvəlki sazlamalara qayıdarıq. Bunun performansa təsir edib-etməyəcəyini isə görəcəyik”.
Təcrübəli sürücü komandanın Monzaya gətirdiyi yeni güc qurğusunu da dəyərləndirib və hava kisəsinin də vacib rol oynayacağını qeyd edib: “Düzlüklərdəki sürət itkisinin aerodinamik müqavimətdən, yoxsa hibrid sistemin güc paylanmasından qaynaqlandığını ətraflı araşdırmalıyıq.
Rəqiblərimizin müqavimətinin bizdən daha az olduğu görünür. Lakin yeni mühərrik aşağı sürətlərdə həqiqətən əla hiss yaradır. Zavodda çalışan heyətə bu inkişaf üçün minnətdaram. Möhtəşəm iş görüblər.
Sabah sıralanma turundakı mübarizədə hava kisəsi həlledici olacaq. Monza kimi trasda hava kisəsinin verdiyi üstünlük böyük fərq yaradır. Buna görə qarşımıza çıxan hər fürsətdən maksimum yararlanmağa çalışacağıq”.




Şərh əlavə et