Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Ferrari ilə mübarizə aparacağıq

Mercedes komandasının sürücüsü Kimi Antonelli Ferrari-nin yeni mühərriklə birlikdə sürətini artırdığını və Monzada poul uğrunda mübarizənin olduqca gərgin keçəcəyini bildirib.

Kokpit.az xatırladır ki, italyan sürücü cümə günü keçirilən ikinci sərbəst yürüşü üçüncü pillədə tamamlayıb. Doğma publikası önündə yarışan sürücü bu sessiyanın adi sərbəst yürüşlərdən fərqli keçdiyini qeyd edib.

Kimi Antonelli: “Burada olmaq, əlbəttə, inanılmazdır və aldığım dəstək həqiqətən möhtəşəmdir. Bu gün həmişəkindən bir qədər fərqli gün idi, çünki uzun məsafəli sürüşlərə daha çox diqqət yetirdik.

Yalan danışmayacağam, bir qədər qəribə gün idi, amma ümumilikdə yaxşı keçdi. Çoxlu məlumat topladıq və indi qarşıdakı günləri səbirsizliklə gözləyirəm”.

Antonelli ilk gün ərzində bəzi sürücülərin trasda bir-birinə yaxın hərəkət etməsinin yarış şəraitindəki mübarizə barədə vacib məlumatlar verdiyini söyləyib: “Bura həqiqətən də çox fərqli şeylər edə biləcəyiniz trasdır. Bu gün uzun sürüşlər zamanı digər bolidlərin arxasında getmək, onların nələri fərqli etdiyini və enerji istifadəsini bizimlə müqayisədə harada həyata keçirdiklərini görmək maraqlı idi.

Bu səbəbdən kifayət qədər faydalı oldu. Düşünürəm ki, əlimizdə çoxlu məlumat var. İndi sıralanma turunu gözləyirik”.

Mercedes sürücüsü həmçinin Ferrari-nin yeni güc qurğusu ilə performansını artırdığını və düzlüklərdə Mercedes ilə arasındakı fərqi azaltdığını vurğulayıb: “Ferrari yeni mühərriklə bir addım irəli gedib və artıq sürətlərimiz eynidir.

Ferrari bolidinin döngələrə girişdə nə qədər güclü olduğunu bilirik. Buna görə də sabah poul uğrunda çox, çox gərgin mübarizə olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et