Xəbəri Kokpitdə Oxuyun!

F.Vaasyör: Arada danılmaz fərq var

Ferrari komandasının rəhbəri Fred Vassyör İtaliya Qran Prisinin cümə günündə gətirdikləri yeniliyin müsbət addım olduğunu, lakin rəqiblərlə müqayisədə hələ də performans fərqinin qaldığını bildirib.

Ferrari ilk sərbəst yürüşdə güclü performans göstərsə də, ikinci sessiyada rəqibləri ilə müqayisədə daha geridə qalıb.

Komanda rəhbəri Fred Vassyör iki sessiya arasındakı fərqin birbaşa performans müqayisəsi aparmaq üçün kifayət etmədiyini qeyd edib.

Cümə gününün yekunlarından sonra danışan Frederik Vassyör deyib: “Xeyr, amma düşünürəm ki, sessiyadan sessiyaya hamımız fərqli yanacaq səviyyələrindən və fərqli mühərrik rejimlərindən istifadə edirik. Bunu hətta bizim üçün belə oxumaq çox çətindir.

Hazırda etməli olduğumuz yeganə şey öz işimizə fokuslanmaq və əlimizdən gələnin ən yaxşısını etməkdir. Üçüncü sərbəst yürüş üçün yanaşmamızı ortaq məxrəcə gətirəcəyik.

Bazar gününə qədər hələ uzun yol var. Yarış tempi baxımından enerji istifadəsində fərqli seçimlərə sahib olduğunuz görünür. Şübhəsiz ki, ötmə imkanları da olacaq”.

Vassyör Ferrari-nin İtaliyaya gətirdiyi ADUO2 yeniləməsi barədə də danışıb.

Mercedes və Kimi Antonelli Ferrari-nin yeni güc qurğusu ilə mühüm addım atdığını düşündüklərini bildirdikdən sonra Vassyör performansın yalnız mühərriklə əlaqələndirilə bilməyəcəyini vurğulayıb: “Düzlüklərdəki performansı nəzərə almalısınız. Burada aerodinamik müqavimət, bolidin çəkisi və hər şey rol oynayır. Bu, yalnız mühərriklə bağlı məsələ deyil.

Mütləq bir addım atmışıq və ADUO2-ni boş yerə gətirməmişik. Lakin düşünürəm ki, arada hələ də danılmaz bir fərq var”.

Rauf Hacıyev

Şərh əlavə et