FIA-nın yaydığı sənəddə bildirilib: “Formula 1 reqlamentinin B1.5.10 maddəsinə uyğun olaraq, rəsmi meteoroloji xidmətin təqdim etdiyi proqnozda istilik indeksinin həftəsonunun istənilən anında +31°C-ni keçəcəyi göstərildiyinə görə yüksək temperatur təhlükəsi elan olunur”.
Bu xəbərdarlıq pilotun soyutma sisteminin avtomobildə mütləq şəkildə mövcud olmasını nəzərdə tutur. Lakin pilotlara seçim imkanı verilib: onlar elastik borular vasitəsilə soyutma sisteminə qoşulan xüsusi jilet geyinə və ya soyutma sisteminin çəkisinə ekvivalent olan 5 kiloqramlıq ballastı avtomobilə yerləşdirə bilərlər.
Beləliklə, Monzada təkcə asfalt yox, pilotların özləri də ciddi istilik sınağından keçəcək.




Şərh əlavə et