Xəbəri Kokpitdə Oxuyun!

Ferrari-də ERS rəhbəri komandadan ayrılıb

Bu il enerji bərpa sistemlərinin kifayət qədər effektiv işləməməsi Ferrari SF-26-nın zəif tərəflərindən birinə çevrilib. Buna görə də komandanın bu istiqamətə cavabdeh mühəndislə yollarını ayırmaq qərarına gəlməsi təəccüblü deyil.

İtaliya Qran Prisindən bir neçə gün əvvəl Scuderia Ferrari-nin texniki strukturunda dəyişiklik baş verib. Komandanın ERS departamentinin rəhbəri Tyerri Barito Ferrari-ni tərk edib. Onun vəzifələrini müvəqqəti olaraq komandanın baş motorçusu Enriko Qvaltyeri icra edəcək.

Fransalı mühəndis Tyerri Barito 2000-ci ilin oktyabrından Ferrari-də çalışıb. Bu müddət ərzində o, həm Formula 1, həm də şirkətin yol avtomobilləri ilə bağlı müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

2017-ci ildə Barito enerji bərpa və turbokompressor sistemlərinə cavabdeh təyin olunub və hibrid güc qurğularının hazırlanmasında əsas fiqurlardan birinə çevrilib.

Rauf Hacıyev

Şərh əlavə et