Xəbəri Kokpitdə Oxuyun!

Ekklstoun və Marko favoritlərini açıqlayıblar

Formula 1-in keçmiş rəhbəri Berni Ekklstoun və Red Bull-un avtoidman üzrə keçmiş məsləhətçisi Helmut Marko 2026-cı ilin çempionu ilə bağlı eyni fikirdədirlər.

İsveçrənin Blick nəşri Berni və Helmutdan titul uğrunda mübarizədə favoritlərini adlandırmağı istəyib və hər ikisi belə cavab verib: “Kimi Antonelli dünya çempionu olacaq, Maks Ferstappen isə hazırda çıxış edən ən güclü sürücü olaraq qalır”.

Helmut Marko bununla yanaşı, Formula 1-in yeni reqlamentini bəyəndiyini əlavə edib: “Azarkeşlərin entuziazmı məni valeh edir. Yarışlar, məsələn, Macarıstanda olduğu kimi, həyəcanlı olub; halbuki əvvəllər orada ötməslərsiz mübarizə izləyirdik.

Maksın Hunqarorinqdə birinci döngədə Lyuis Həmiltonu ötməsi 2026-cı ilin ən parlaq anlarından biridir”.

Gilanur Huseynova

Şərh əlavə et