Günter Ştayner: “Bir çox sürücü 2028-ci ildə Audi-yə keçməkdə maraqlıdır. Növbəti mövsüm üçün komandanın heyəti demək olar müəyyənləşib, amma 2028-ci ildə onlarda vakant yer yarana bilər.
Bu, çox maraqlı variantdır, çünki Audi yaxşı irəliləyişə nail olub. Görünür, komanda düzgün istiqamətdə hərəkət edir. Düşünürəm ki, istəyənlər az olmayacaq və Karlos Sayns mütləq onlardan biridir.
Düşünürəm ki, Corc Rassell də indi başqa variantlara nəzər salır. Məncə, o, bütün karyerasını Kimi Antonellinin yanında keçirmək istəmir, çünki o zaman komandadakı mövqeyinin necə olacağını anlayır. Buna görə də yeni imkanlar axtarır”.
Corcun bu mövsüm titul qazanmaq perspektivlərini qiymətləndirən Günter Ştayner: “Belə ssenariyə 5% verirəm”.




Şərh əlavə et