Toto Volff: “Əgər Macarıstandakı həftəsonu başlamazdan əvvəl süni intellektdən Budapeştdə kimin favorit olacağını soruşsaydınız, o, McLaren cavabını verərdi. Son illərdə bu komanda Hunqarorinqdə dominantlıq edib və səhv etmirəmsə, ötən mövsüm onların Macarıstanda qələbə dublu olub.
Buna görə yarışdan sonra nəticələrlə ehtiyatlı olmaq və bir ifratdan digərinə keçərək bir komandanın qəfil inanılmaz dərəcədə sürətləndiyini, digərinin isə birdən-birə rəqabət qabiliyyətini itirdiyini deməmək lazımdır.
Şübhəsiz, McLaren irəliyə doğru addım atıb və mübarizədə qalır. Amma biz çoxdandır yenilik gətirməmişik və indi aydın olur ki, mövsümün gedişində məhz maşının təkmilləşdirilməsi həlledici rol oynayacaq”.




Şərh əlavə et