Xəbəri Kokpitdə Oxuyun!

Ş.Orihara: Alonso Honda-ya güvənir

Honda Racing-in baş mühəndisi və yarış briqadasının rəhbəri Şintaro Orihara bildirib ki, Fernando Alonso yeni mövsümə çətin başlanğıca baxmayaraq, hələ də yapon istehsalçıya güvənir.

Şintaro Orihara: “Biz iki sürücü ilə işləyirik və onların fərqli geribildirim verməsi bizim üçün böyük üstünlükdür. Bunun sayəsində bolidin idarəolunmasını və enerjidən istifadəni yaxşılaşdırmağa kömək edən iki dəfə çox məlumat əldə edirik.

Fernandonun çox böyük təcrübəsi var, buna görə onun verdiyi məlumatlar həmişə çox dəyərlidir. Fernandonun arxasında 20 illik təcrübə dayanır, buna görə əgər o, “döngəyə girişdən əvvəl enerjidən məhz belə istifadə etməliyik” deyirsə, biz onun fikrinə qulaq asmalıyıq.

Hər sessiyadan sonra brifinq keçiririk və Fernandonun bolidi daha sürətli etmək üçün böyük motivasiyası və istəyi var. O, bizə çoxlu tələblər irəli sürür və biz həmişə onun fikrinə qulaq asırıq. Fernandonu diqqətlə dinləmək və məlumatları nəzərə almaq bizim üçün çox vacibdir. Belə təcrübəli pilotla işləməyin üstünlüklərindən biri də budur – bolidi daha sürətli etmək üçün böyük motivasiyası var.

Məqsədimiz onun titul qazanmasıdır. Biz sıx işləyirik və bilirik ki, o, möhtəşəm sürücüdür. Uğur qazanmaq üçün böyük istəyi var və Honda-ya güvənir. Buna görə də lazım olan hər şeyi vermək istəyirik. Bu, şübhəsiz, bizim məqsədimizdir”.

Gilanur Huseynova

Şərh əlavə et