Xəbəri Kokpitdə Oxuyun!

Rassellin mühərrikini təmir etməyə çalışacaqlar

Mercedes Corc Rassellin Macarıstanda sıralanma turunda zədələnmiş mühərrikini bazaya göndərərək bərpa etməyə çalışacaq.

Sıralanma turunun finalında Corc sürətli dövrədə dördüncü döngənin kerbində karterin alt hissəsini zədələyib. Mühərriki dəyişmək lazım gəlib, lakin o, icazə verilən dörd mühərrikdən dördüncüsünü alıb və növbəti dəfə cərimələnəcək.

Çatlamış mühərrik çox yaxın vaxtda – Avstriya mərhələsində quraşdırılıb və daha bir neçə yarış işləməli idi.

Macarıstan Qran Prisi mövsümün cəmi 11-ci mərhələsidir, mövsümün sonuna qədər isə bir o qədər yarış qalıb, buna görə də cərimə qaçılmazdır. Onu təxirə salmaq cəhdində Mercedes zədələnmiş mühərriki daha ətraflı analiz üçün Briksfortdakı bazaya göndərdiyini təsdiqləyib. Məqsəd onun bərpa olunub-olunmayacağını müəyyənləşdirməkdir.

İstehsalçılar güc qurğusunun zədələnmiş elementlərini bütün qovşaqların əvvəlki spesifikasiyası saxlanılmaq şərti ilə bərpa etmək hüququna malikdirlər. Çox şey çatın ölçüsündən, həmçinin daxili zədələrin olub-olmamasından asılı olacaq.

Gilanur Huseynova

Şərh əlavə et