Hunqarorinqdə keçirilən sıralanma turunu ikinci pillədə başa vuran Ferrari pilotunun Q3 sessiyasının son anlarında yarış trayektoriyasında yavaş hərəkət edərək sürətli dövrədə olan McLaren sürücüsü Oskar Piastriyə mane olduğu müəyyən edilib.
Bu qərardan sonra Macarıstan Qran Prisinin start düzülüşü belə dəyişib:
- Lando Norris
- Şarl Lekler (+1)
- Kimi Antonelli (+1)
- Oskar Piastri (+1)
- Lyuis Həmilton (-3)
Stüardların rəsmi qərarında bildirilir: “Birinci döngəyə yaxınlaşarkən 44 nömrəli bolid (Həmilton) yarış trayektoriyası üzərində nəzərəçarpacaq dərəcədə aşağı sürətlə hərəkət edirdi. Bu zaman 81 nömrəli bolid (Piastri) sürətli dövrəsini vururdu.
44 nömrəli bolidin sürücüsü bildirib ki, sürətli dövrəsini yenicə başa vurmuşdu və komandanın yaxınlaşan 81 nömrəli bolidlə bağlı radio xəbərdarlığını vaxtında almayıb. O, həmçinin bolidin trasdakı mövqeyinə görə rəqibini güzgülərində görmədiyini qeyd edib.
Sürətli dövrədə olan 81 nömrəli bolid isə toqquşmadan yayınmaq üçün trasdan kənara çıxmağa məcbur olub və nəticədə dövrəsini ləğv edib.
Mövcud sübutları araşdıran stüardlar 44 nömrəli bolidin sıralanma turu zamanı 81 nömrəli bolidə əsassız şəkildə mane olduğu qənaətinə gəliblər.
Nəticədə 44 nömrəli bolidə 3 yer start cəzası tətbiq olunub”.




Şərh əlavə et