Hunqarorinqdə keçirilən sıralanma turundan sonra stüardlar daha bir qərar açıqlayıblar. Sarı bayraq qaydasını pozduğu müəyyən edilən Mercedes-in gənc pilotu və çempionatın lideri Andrea Kimi Antonelliyə 3 yer geriyə salınma cəzası verilib.
Q3-ün son anlarında Maks Ferstappenin son döngədə yerində fırlanmasından sonra göstərilən tək sarı bayraqlar zamanı italiyalı pilotun “kifayət qədər sürəti azaltmadığı” müəyyən edilib. Nəticədə Antonelli yarışa yeddinci yerdən başlayacaq.
Həmiltondan sonra Antonellinin də cəza alması ilə Macarıstan Qran-prisinin start düzülüşü yenidən dəyişib:
- Lando Norris (McLaren)
- Şarl Lekler (Ferrari)
- Oskar Piastri (McLaren)
- Maks Ferstappen (Red Bull)
- Lyuis Həmilton (Ferrari)
- Corc Rassell (Mercedes)
- Andrea Kimi Antonelli (Mercedes)
- Ayzek Hacar (Red Bull)
- Arvid Lindblad (Racing Bulls)
- Niko Hülkenberq (Audi)
Stüardların izahı
Stüardlar Antonellinin son döngəyə yaxınlaşarkən qaz pedalını buraxdığı barədə müdafiəsini nəzərə alsalar da, telemetriya məlumatlarını araşdırdıqdan sonra onun sürəti azaltma səviyyəsinin sarı bayraq qaydalarının tələblərinə cavab vermədiyi qənaətinə gəliblər.
Qərarda bildirilib ki, çempionatın lideri sarı bayraq zonasından keçərkən sürətini kifayət qədər azaltmayıb və bununla da potensial təhlükəli vəziyyət yaradıb.




Şərh əlavə et