Hunqarorinqdə keçirilən sıralanma turunda dördüncü nəticəni göstərən Mercedes pilotu, Q3-ün sonlarında Maks Ferstappenin yerində fırlanmasından sonra göstərilən sarı bayraqlar zamanı qaydalara uyğun davranıb-davranmadığı ilə bağlı araşdırılır.
Sessiyadan sonra Sky Sports F1-ə müsahibə verən Antonelli həm son dövrəsində itirdiyi vaxtı, həm də sarı bayraq epizodunu şərh edib.
Mercedes sürücüsü bildirib ki, sarı bayrağı məhz döngəyə daxil olarkən görüb və qaydalara əməl etmək üçün mümkün qədər sürətini azaldıb: “Sarı bayraq döngəyə daxil olduğum anda göstərildi və mən də sürəti azaltmaq üçün əlimdən gələni etdim.
Qəti şəkildə qazdan ayağımı çəkdim və əvvəlki dövrəmlə müqayisədə döngənin ortasındakı sürətimi itirdim. Təbii ki, bu, dövrə vaxtı baxımından məyusedici oldu”.
Antonelli əlavə edib ki, küləyin təsiri və sarı bayraq olmasaydı, daha yüksək nəticə göstərə bilərdi: “Dövrəmə baxanda görürəm ki, 9-cu döngədə arxadan əsən güclü külək səbəbindən təxminən 0.1 saniyə itirdim.
Son döngədə isə əvvəlki cəhdimlə müqayisədə təxminən 0,15 saniyə qazanmaq potensialım var idi. Çünki ilk cəhdimdə asfaltayatmadan tam istifadə edə bilməmişdim.
Sarı bayraq olmasaydı, üçüncü yeri mütləq tutardım. Amma poul mövqeyini qazanacağımı düşünmürəm.
Landoya çox yaxın olardım, yəqin ki, təxminən yarım onda bir saniyə geridə qalardım. Ancaq bu, poul üçün kifayət etməzdi”.




Şərh əlavə et