Əgər araşdırmanın nəticəsi Həmiltonun əleyhinə olarsa, Ferrari pilotu ikinci start mövqeyini itirə bilər.
Sessiyadan sonra danışan yeddiqat dünya çempionu diqqətinin hazırda yalnız həmin insidentdə olduğunu bildirib: “Açığı, hazırda fikrim tamamilə başqa yerdədir.
Çünki sürətli dövrəmi başa vurduqdan sonra arxamdan kimin gəldiyini və kiminsə yolunu kəsib-kəsmədiyimi dəqiq bilmirəm.
Həmin anları beynimdə yenidən canlandırmağa və nə baş verdiyini anlamağa çalışıram. Çünki arxamdan yüksək sürətlə gələn bolidin fərqində deyildim”.
Bildirilib ki, Lyuis Həmilton və Oskar Piastri Bakı vaxtı ilə 20:00-da FIA stüardları qarşısında izahat verəcəklər.




Şərh əlavə et