Hunqarorinqdə keçirilən sıralanma turunda Lando Norrisdən cüzi fərqlə geri qalan Ferrari pilotu, xüsusilə Q3-də trasa ilk çıxan tərəf olmalarının onlara üstünlük vermədiyini bildirib.
Lyuis Həmilton: “İlk növbədə, əla dövrəsinə görə Landonu təbrik edirəm. Komanda olaraq həftəsonu boyunca həqiqətən çox yaxşı iş gördük. Sıralanma turu ərzində özümü çox rahat və ritmli hiss edirdim.
Amma nədənsə Q3-ün sonunda trasa ilk çıxan biz olduq. Açığı, bunun düzgün qərar olduğunu düşünmürəm. Bundan əlavə, səbəbini hələ anlaya bilmədiyimiz şəkildə son cəhdimizdə nə mənim, nə də Şarlın bolidində kifayət qədər ilişmə yox idi.
Hunqarorinq yarışmağı ən çox sevdiyim traslardan biridir. Şübhəsiz ki, rəqabətədavamlıyıq, lakin düzünü desəm, sabah bizi kifayət qədər çətin yarış gözləyir”.




Şərh əlavə et