Sıralanma turunda ən sürətli nəticəyə imza atan McLaren pilotu Hunqarorinq kimi ötmələrin çətin olduğu trasda ilk yeri tutmağın böyük üstünlük olduğunu vurğulayıb.
Norris həftəsonu ərzində Ferrari-nin çox rəqabətqabiliyyətli olduğunu qeyd edib və komandanın gətirdiyi yeniliklərin də öz bəhrəsini verdiyini söyləyib.
Son cəhdini dəyərləndirən britaniyalı sürücü bunları deyib: “Yenidən zirvədə olmaq əla hissdir. Ferrari bütün həftəsonu çox sürətli idi və aramızdakı fərq inanılmaz dərəcədə az idi. Buna baxmayaraq, ilk dövrələrdən etibarən boliddə özümü rahat hiss edirdim.
Gətirdiyimiz yeniliklərin dövrə vaxtına nə qədər təsir etdiyini dəqiq söyləmək çətindir. Amma bu gün onların bizə kömək etdiyi aydın idi.
Bütün gün ərzində özümə inamım yüksək idi. Açığı, Q3-dəki dövrələrim, o cümlədən son cəhdim karyeramın ən yaxşı dövrələri deyildi. Buna görə də poul mövqeyi mənim üçün xoş sürpriz oldu.
Son cəhdimdə bir qədər də risk etdim. Bəzi yerlərdə bunun bəhrəsini gördüm, bəzi yerlərdə isə yox. Amma əsas məqsədimizə çatdıq.
Komandaya möhtəşəm işinə görə təşəkkür edirəm. Sabah bizi çox vacib yarış gözləyir”.




Şərh əlavə et