Xəbəri Kokpitdə Oxuyun!

Macarıstan GP: Lando Norrisdən mövsümdə ilk poul

2026-cı il Macarıstan Qran Prisinin sıralanma turunda McLaren pilotu Lando Norris ən sürətli nəticəni göstərərək poul mövqeyini qazanıb.

Sıralanma turuna start verildikdən sonra pilotlar trasa çıxıblar və Q1 mərhələsi başlayıb.

Q1: Norris lider olub, Alonso son cəhddə xilas olub

Sessiyanın ilk dəqiqələrində sürətli dövrələr gəlməyə başlayıb. Aleks Elbon 1:21.596 nəticə göstərib. Ön qrup komandaları dövrələrini tamamlamazdan əvvəl sürətli dövrəsini başa vuran Fernando Alonso 1:20.665 nəticə ilə liderliyə yüksəlib. Komanda yoldaşı Ləns Stroll isə ondan 0.182 saniyə geri qalaraq ikinci olub.

Lyuis Həmilton 1:18.730 nəticə ilə zirvəyə yüksəlib. Şarl Lekler 1:18.878 nəticə ilə komanda yoldaşından cüzi geri qalaraq ikinci pilləyə yerləşsə də, tras limitlərini aşdığı üçün dövrəsi ləğv olunub.

Maks Ferstappen 1:18.656 nəticə ilə Həmiltonu geridə qoyaraq liderliyə yüksəlib.

Q1-in bitməsinə 10 dəqiqə qalmış Mercedes pilotları da sürətli dövrələrini tamamlayıblar. Andrea Kimi Antonelli 1:18.726 nəticə ilə ikinci, Corc Rassell isə 1:18.922 nəticə ilə beşinci olub.

Lando Norris 1:18.277 nəticə göstərərək Ferstappendən 0.379 saniyə sürətli olub və liderliyi ələ keçirib. Komanda yoldaşı Oskar Piastri isə istədiyi tempi tapa bilməyərək altıncı pillədə qərarlaşıb.

Bundan sonra bütün pilotlar sazlamalar üçün qaraja qayıdıblar və Q1-in son dörd dəqiqəsində yenidən trasa çıxıblar.

İkinci cəhdində Maks Ferstappen 1:18.682 nəticə göstərsə də, vaxtını yaxşılaşdıra bilməyib. Antonelli isə tempini artıraraq Norrisdən 0.277 saniyə geri qalmaqla ikinci yerə yüksəlib. Lekler 1:18.984 nəticə ilə səkkizinci olub.

Tamamilə yenilənmiş bolidlə yarışan Aston Martin pilotu Fernando Alonso son cəhdində 14-cü yerə yüksələrək Q2-yə vəsiqə qazanıb. Franko Kolapinto da son anda tempi artıraraq Oliver Bermanı geridə qoyub və növbəti mərhələyə yüksəlib.

Q1-də mübarizəni Oliver Berman, Aleks Elbon, Karlos Sayns, Valtteri Bottas, Serxio Peres və sürətli dövrə vura bilməyən Qabriel Bortoleto dayandırıblar.

Belçika Qran Prisi – 3-cü sərbəst yürüşün nəticələri

Sıra Pilot Komanda Vaxt Fərq
1 L. Norris McLaren 1:18.277
2 M. Verstappen Red Bull Racing 1:18.656 +0.379
3 A. Antonelli Mercedes 1:18.726 +0.449
4 L. Hamilton Ferrari 1:18.730 +0.453
5 I. Hadjar Red Bull Racing 1:18.754 +0.477
6 N. Hülkenberq Audi 1:18.796 +0.519
7 G. Russell Mercedes 1:18.856 +0.579
8 O. Piastri McLaren 1:18.891 +0.614
9 C. Lekler Ferrari 1:18.984 +0.707
10 G. Bortoleto Audi 1:19.069 +0.792
11 L. Lawson RB F1 Team 1:19.161 +0.884
12 A. Lindblad RB F1 Team 1:19.233 +0.956
13 P. Qasli Alpine 1:19.741 +1.464
14 F. Kolapinto Alpine 1:19.771 +1.494
15 E. Okon Haas 1:20.010 +1.733
16 F. Alonso Aston Martin 1:20.126 +1.849
17 O. Birman Haas 1:20.233 +1.956
18 C. Sayns Williams 1:20.621 +2.344
19 A. Albon Williams 1:20.658 +2.381
20 L. Stroll Aston Martin 1:20.659 +2.382
21 V. Bottas Cadillac-Ferrari 1:20.886 +2.609
22 S. Peres Cadillac-Ferrari 1:21.322 +3.045

Q2: Norris yenə lider, Antonelli son anda xilas olub

Q2-yə ilk çıxan pilot Fernando Alonso olub. İspaniyalı pilot 1:20.696 nəticə göstərib.

Maks Ferstappen 1:18.249 nəticə ilə liderliyə yüksəlib. Ayzek Hacar isə çox güclü dövrə vurarkən bolidinə nəzarəti itirərək fırlanıb. Hacarın bolidinə ziyan dəyməyib və o, mübarizəni davam etdirib. Hadisədən sonra qısa müddət sarı bayraq göstərilib.

Şarl Lekler 1:18.936 nəticə göstərib. Andrea Kimi Antonelli 1:18.178 nəticə ilə Ferstappeni geridə qoyaraq liderliyə yüksəlib. Ardınca Lyuis Həmilton 1:17.931 nəticə ilə səhvsiz dövrə vuraraq birinci yerə çıxıb.

Antonelli radio vasitəsilə mühəndisi Bonoya boliddə heç bir asfaltla ilişmə olmadığını bildirib. Bundan sonra o, qaraja çağırılıb və bolid yoxlanılıb.

Hacar bolidi təmizləndikdən sonra yenidən trasa çıxaraq 1:17.872 nəticə ilə liderliyə yüksəlib. Ferstappen isə vaxtını yaxşılaşdıra bilməyərək üçüncü qalıb.

Q2-nin bitməsinə iki dəqiqə qalmış Antonellinin dövrəsi tras limitlərinə görə silinib. Gənc pilot son cəhdində yalnız səkkizinci yerə yüksələ bilib və mübarizəni cüzi fərqlə davam etdirmək hüququ qazanıb.

Piastri Hacardan cəmi 0.056 saniyə geri qalaraq ikinci olub. Norris isə 1:17.456 nəticə ilə yenidən liderliyi ələ keçirib.

Lekler son dövrəsində ikinci yerə yüksələrək Liam Lousonu ələnmə zonasına salıb.

Q2-də Liam Louson, Pyer Qasli, Franko Kolapinto, Qabriel Bortoleto, Esteban OkonFernando Alonso mübarizəni dayandırıblar.

Sıra Pilot Komanda Vaxt Fərq
1 L. Norris McLaren 1:17.456
2 C. Lekler Ferrari 1:17.626 +0.170
3 L. Hamilton Ferrari 1:17.803 +0.347
4 I. Hadjar Red Bull Racing 1:17.872 +0.416
5 O. Piastri McLaren 1:17.928 +0.472
6 M. Verstappen Red Bull Racing 1:18.249 +0.793
7 A. Lindblad RB F1 Team 1:18.360 +0.904
8 A. Antonelli Mercedes 1:18.393 +0.937
9 G. Russell Mercedes 1:18.445 +0.989
10 N. Hülkenberq Audi 1:18.639 +1.183
11 L. Lawson RB F1 Team 1:18.765 +1.309
12 P. Qasli Alpine 1:18.844 +1.388
13 F. Kolapinto Alpine 1:19.027 +1.571
14 G. Bortoleto Audi 1:19.105 +1.649
15 E. Okon Haas 1:19.734 +2.278
16 F. Alonso Aston Martin 1:19.808 +2.352

Q3: Norris pole qazanıb, Ferstappen fırlanıb, Rassell problem yaşayıb

Q3-də ilk sürətli dövrəsini tamamlayan Maks Ferstappen 1:17.725 nəticə göstərib. Lando Norris 1:17.320 nəticə ilə onu geridə qoyub. Oskar Piastri isə 1:17.684 nəticə ilə ikinci olub.

Norrisə cavab Lyuis Həmiltondan gəlib. Ferrari pilotu 1:17.219 nəticə ilə liderliyi ələ keçirib. Statistikaya əsasən, Həmilton birinci və üçüncü sektorlarda ən sürətli pilot olub, Norris isə orta sektorda hamını üstələyib.

İlk cəhdlərdən sonra bütün pilotlar sazlanmalar üçün qaraja qayıdıblar.

Q3-ün son iki dəqiqəsində pilotlar son cəhdlərinə başlayıblar. İlk olaraq Ferrari pilotları sürətli dövrələrini vurublar.

Liderliyini möhkəmləndirmək istəyən Həmilton 1:18.906 nəticə göstərərək vaxtını yaxşılaşdıra bilməyib. Maks Ferstappen isə qəfil fırlanıb və qısa müddətlik sarı bayraqlar dalğalanıb. Bolid zədələnmədiyi üçün o, sessiyanı davam etdirə bilib.

Son cəhdində Lando Norris 1:17.207 nəticə göstərərək 2026-cı il Macarıstan Qran-prisinin pole mövqeyini qazanıb.

Sıra Pilot Komanda Vaxt Fərq
1 L. Norris McLaren 1:17.207
2 L. Hamilton Ferrari 1:17.219 +0.012
3 C. Lekler Ferrari 1:17.445 +0.238
4 A. Antonelli Mercedes 1:17.479 +0.272
5 O. Piastri McLaren 1:17.684 +0.477
6 M. Verstappen Red Bull Racing 1:17.725 +0.518
7 G. Russell Mercedes 1:17.760 +0.553
8 I. Hadjar Red Bull Racing 1:17.856 +0.649
9 A. Lindblad RB F1 Team 1:18.281 +1.074
10 N. Hülkenberq Audi 1:18.686 +1.479

Rauf Hacıyev

Şərh əlavə et