Xəbəri Kokpitdə Oxuyun!

T.Volff: Ferrari-nin Antonelliyə marağı başadüşüləndir

Mercedes komandasının rəhbəri Toto Volff hesab edir ki, Ferrari Kimi Antonellini istəyirdisə, bu məsələ barədə bir neçə il əvvəl düşünməli idi.

Kimi Antonelli Formula 1-də ikinci mövsümünü keçirir və mövsümün on yarışından sonra şəxsi hesabda inamla liderlik edir. Gənc italiyalı sürücünün artıq böyük azarkeş ordusu var və paddokda Ferrari-nin Kimiyə marağı barədə danışılması təəccüblü deyil.

Kimi Antonellini Formula 1-ə gətirmiş Mercedes komandasının rəhbəri Toto Volff hesab edir ki, Ferrari-yə Antonelli bu qədər lazım idisə, bu məsələ barədə bir neçə il əvvəl düşünməli idi.

Toto Volff: “Onların Kimiyə marağından xəbərdarıq. Amma Kimi 11 yaşından Mercedes sürücüsüdür. Ferrari-də İtaliyada yaxşı sürücü olduğunu yalnız indi anlamaq əvəzinə, bu məsələ barədə altı-yeddi il əvvəl düşünməli idilər. Aydındır ki, onlar italiyalı sürücünü əldə etmək üçün mümkün olan hər şeyi edəcəklər”.

Xatırladaq ki, Ferrari-də çıxış etmiş son italiyalı sürücü Cankarlo Fizikella olub. O, 2009-cu ildə zədəli Felipe Massanı əvəz edərək Skuderiya-nın heyətində beş Qran Pri keçirib. Cankarlonun ən yaxşı nəticəsi Montsada doqquzuncu yer olub, həmin vaxt isə xal ilk səkkiz sürücüyə verilirdi.

Gilanur Huseynova

Şərh əlavə et