Onun əvəzinə Mercedes W17 bolidinin sükanı arxasına Frederik Vesti keçəcək. Danimarkalı pilot bu mövsüm ikinci dəfə cümə məşqlərində iştirak edəcək. O, daha əvvəl Barselona mərhələsində də Antonellini əvəz etmişdi.
Frederik Vesti: “Macarıstan Qran Prisi təqvimdə hər zaman xüsusi yer tutur, çünki yay fasiləsindən əvvəlki son yarışdır. Bütün komandalar mövsümün ilk yarısını uğurlu nəticə ilə başa vurmağa və bu əhval-ruhiyyəni fasiləyə daşımağa çalışacaqlar.
Bir mənada Hunqarorinq Monakoya bənzəyir, çünki burada enerji sərfiyyatı baxımından ciddi məhdudiyyət yoxdur. Güc qurğusu və aerodinamika üçün daha ənənəvi yanaşmadan istifadə edilir. Komandalar maksimum asfaltayatma qüvvəsini seçir və mühərriyin tam gücündən demək olar ki, bütün dövrə boyunca yararlana bilir. Bu isə trası pilotlar üçün daha maraqlı edir.
Adətən Macarıstanda hava çox isti olur və bu da işi çətinləşdirir. Dövrə ərzində ardıcıl çoxlu döngə olduğundan demək olar ki, nəfəs almağa belə imkan qalmır. Burada pilotlar fasiləsiz olaraq limitdə sürməlidirlər.
Bundan əlavə, bu həftəsonu ilk sərbəst yürüşdə iştirak edəcəyəm və yenidən W17-nin sükanı arxasına keçəcəyim üçün çox həyəcanlıyam. Bu, mənim üçün əla fürsətdir və ondan maksimum yararlanmağa çalışacağam”.




Şərh əlavə et