Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Rəqiblərimiz çox güclüdür

Şarl Lekler Spa-Frankorşam trasında keçirilən təsnifatda beşinci nəticəni göstərib. Lakin Lando Norrisin aldığı cəza sayəsində Ferrari pilotu yarışa ikinci cərgədən start verəcək.

Monakolu sürücü bildirib ki, Belçikada bolidin sürəti komandanın gözləntilərinə tam uyğundur.

Şarl Lekler: “Təəssüf ki, reallıq budur. Bu trasdakı qüvvələr nisbəti Silverstoundakı ilə müqayisədə gözlədiyimiz mənzərəyə daha uyğundur. Silverstoun həftəsonu daha çox istisna idi, Spa-da isə hər şey proqnozlaşdırdığımız kimi gedir.

Son sürətli dövrəmdən bir qədər narazı qaldım. Pit-leynə girişdə sarı bayraqlar göstərildi və mən onları kifayət qədər aydın gördüm. Düşünürəm ki, məhz buna görə bir mövqe itirdim.

Əlbəttə, həmin dövrə möhtəşəm deyildi və yarım saniyəlik fərqi aradan qaldıra bilməzdim. Amma ən azı bir pillə irəliləmək tamamilə mümkün idi.

Hesab edirəm ki, əsas problemimiz mühərrik gücünün çatışmazlığıdır. Bu sahədə rəqiblər bizdən üstündür. Biz trasla ilişmənin həlledici rol oynadığı hissələrdə güclüyük, lakin mühərrik gücünün ön plana çıxdığı düzlüklərdə çətinlik yaşayırıq.

Bununla yanaşı, rəqiblər sıralanma turunda döngələrdə də çox sürətli idilər. Deməli, onların bolidi ümumilikdə çox güclüdür. Biz isə konkret traslarda maksimum nəticə əldə etməyə və əlimizdə olan imkanlardan ən yaxşı şəkildə istifadə etməyə çalışmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et