Pirelli Motorsport-un direktoru Dario Marrafuski bildirib: “Hər şey onu göstərir ki, sabahkı yarış bir pit-stopla keçəcək. Strategiyanı isə əsasən komandaların əlində qalan yeni təkər dəstləri müəyyən edəcək.
Yarışın ilk hissəsini həm Medium, həm də Soft tərkibli təkərlərlə keçmək mümkündür. Bu, hər komandanın bazar gününə hansı təkər dəstlərini saxlamasından asılıdır.
Lider komandalar yarışa C3 tərkibli təkərlərlə başlaya və 17–23-cü dövrələr arasında Hard təkərlərə keçə bilərlər. Yeni Soft dəstini qoruyub saxlayan komandalar isə yarışa onunla başlayaraq 14–20-ci dövrələr arasında pit-stop edə bilərlər.
Yumşaq tərkibli təkərlər ilk məşq sessiyasında intensiv şəkildə sınaqdan keçirildi. Bundan sonra bəzi pilotlar onların əyləcləmə zamanı daha effektiv işlədiyini qeyd etdilər. Məhz buna və C4 tərkibinin daha yaxşı ilişmə təmin etməsinə görə bəzi komandalar Soft təkərlərə üstünlük verə bilərlər.
İki pit-stoplu strategiya təxminən 8–10 saniyə daha yavaş olacaq. Mümkün variantlar arasında Soft–Hard–Hard və ya Soft–Hard–Medium ardıcıllığı var.
Dünən də qeyd etdiyimiz kimi, bəzi komandalar ehtiyat tədbiri olaraq əlavə bir Hard təkər dəstini saxlayıblar. Yarış neytrallaşdırılarsa, bu qərar onlara üstünlük qazandıra bilər.
Təkərlərin davranışı tam gözləntilərimizə uyğundur. Dövrə vaxtları da hesablamalarımıza çox yaxındır. Poul vaxtı ilə proqnozlarımız arasındakı fərq 0,1 saniyədən artıq olmayıb.
Trasın vəziyyəti sürətlə yaxşılaşır. Hazırda yarış zamanı nəzərə alınmalı əsas amil arxa oxdakı təkərlərin termal deqradasiyası olacaq”.




Şərh əlavə et