McLaren komandasının pilotu cəzaya görə bazar günü keçiriləcək yarışa 12-ci yerdən start verəcək.
Sıralama turundan sonra danışan Norris bolidin sazlamalarında ciddi dəyişiklik etmədiklərini, sadəcə Spa-Frankorşam trasının McLaren-ə daha uyğun olduğunu deyib: “Əslində boliddə çox ciddi dəyişiklik etmədik. Sadəcə bu tras bizə bir qədər daha uyğundur. İlk üçlükdə yer almaq çox gözəldir. Amma sabah yarışa 10 yer geridən başlayacağımı bilmək heç də xoş deyil. Öndəki pilotlarla mübarizə aparmaq maraqlı olardı. Buna baxmayaraq, əlimizdə olan fürsətdən maksimum yararlandıq. Mənim üçün bu, çox yaxşı sıralama turu və çox yaxşı bir dövrə oldu”.
Norris əlavə edib ki, Spa onun üçün xüsusi əhəmiyyət daşıyan traslardan biridir və bu, performansına da müsbət təsir göstərir: “Düzünü desəm, həftəsonu ərzində özümü çox yaxşı hiss etdim. Bura mənim üçün bir növ ev yarışı kimidir və bu da həmişə əlavə motivasiya verir. İndiyə qədər həftəsonunun bütün sessiyalarında yaxşı çıxış etmişəm. Ümid edirəm ki, sabah da yaxşı yarış keçirərik və bundan zövq ala bilərik”.




Şərh əlavə et