Mercedes pilotu bildirib ki, dəyişkən tras şəraitinə baxmayaraq, sıralanma turu ərzində davamlı irəliləyiş əldə ediblər.
Şənbəgünkü nəticəni dəyərləndirən Kimi Antonelli bunları deyib: “Poul mövqeyini qazanmaq möhtəşəmdir. Bu, asan sıralama turu olmadı. Çünki tras şəraiti daim dəyişirdi. Amma dövrədən dövrəyə inkişaf etməyi bacardıq və sonda poulu qazandıq. Bu, həqiqətən də çox xoş hiss idi. Əlbəttə, hələ də inkişaf etdirə biləcəyimiz məqamlar var. Amma ümumilikdə nəticədən çox razıyam”.
Antonelli vurğulayıb ki, bazargünkü yarış sıralama turundan tamamilə fərqli keçəcək və ilk döngələr həlledici rol oynayacaq: “Sabah tamamilə fərqli gün olacaq. Yanımda Maks Ferstappen start alacaq. Buna görə də yaxşı start götürmək və 5-ci döngəyə qədər onun önündə qalmaq çox vacib olacaq”.




Şərh əlavə et