Xəbəri Kokpitdə Oxuyun!

Ferrari cərimələnib

Belçika Qran-prisinin stüardları Ferrari komandasını cərimələyiblər.

Buna səbəb komandanın birinci sərbəst yürüşdən sonra Şarl LeklerLyuis Həmiltonun bolidlərindən çıxarılan təkər dəstlərini ikinci məşq sessiyası başlamazdan əvvəl FIA-ya vaxtında təhvil verməməsi olub.

Stüardların iclasında Ferrari nümayəndəsi qayda pozuntusunu etiraf edib və bunu komandanın diqqətsizliyi ilə izah edib.

Hər iki qayda pozuntusuna görə Ferrari 5 min avro cərimələnib. Beləliklə, İtaliya komandasının ödəyəcəyi ümumi cərimə məbləği 10 min avro təşkil edib.

Rauf Hacıyev

Şərh əlavə et