Xəbəri Kokpitdə Oxuyun!

Pirelli: Əsas rolu təkərlər oynadı

Barselona yarışı isti hava şəraitində keçib, təkərlər tez yeyilib və strategiya faktoru nəticəyə təsir göstərib.

Dario Marrafuski: “Barselona yarışı strategiya baxımından mövsümün əvvəlindən bəri ən maraqlı yarışlardan biri oldu. Təkərlər əsas rolu oynadı. İsti hava və daha yumşaq tərkiblərin seçilməsi səbəbindən onların yeyilməsi sürətli baş verdi. İki pit-stoplu strategiya kifayət qədər effektiv alındı, amma əsl qələbə gedişi bazar günü dərhal üç pit-stopa üstünlük verən bəzi komandaların uzaqgörənliyi idi.

Məsələn, Ferrari pilotlarının strategiyasını ayırmaq qərarına gəldi: onuncu yerdən start alan Lekler iki pit-stop etdi, Lyuis Həmilton üçün üç pit-stop qərarı isə britaniyalıya Ferrari-də ilk qələbəsini qazandırdı.

Yəqin ki, Ferrari bu variantı Həmilton üçün əvvəldən ən yaxşı seçim kimi müəyyənləşdirib. Nəticədə üstünlüyü finişə qədər qorumaq mümkün olub, buna Virtual Təhlükəsizlik Maşını rejiminin işə düşməsi də kömək etdi”.

Gilanur Huseynova

Şərh əlavə et