Niko Hülkenberq: “Bu, həyatımın ən qeyri-adi yarışı tərk etməsi idi. Liam qarşımda 12-ci döngədə bir qədər trasdan çıxdı, çınqıllıq zonadan bir neçə daş havaya qalxdı. Onların bəziləri mənim maşınıma dəydi və görünür, qəza açarını işə saldı. Hər şey dərhal söndü və bununla da yarışım başa çatdı.
Əlbəttə, bu, çox məyusedicidir. Xal qazana bilərdim. Uik-end ərzində yüksək temp göstərirdik, dünənki sıralanma turundan sonra isə yaxşı nəticə əldə etmək üçün real imkanımız var idi. Təəssüf ki, buradan əliboş gedirik, amma məsələ ondadır ki, bu dəfə sadəcə bəxtimiz gətirmədi”.
Qabriel Bortoleto: “Çox da asan yarış olmadı. Startda bir neçə mövqe itirdim, sonra Okonla insident yaşandı – yanaşı gedərkən maşınlarımız toxundu, mənim bolidim kifayət qədər ciddi zədə aldı və yarışın sonuna qədər bunun öhdəsindən gəlməli oldum.
Amma müsbət məqamlar da var. Biz bütün sessiyalarda yenə yüksək temp nümayiş etdirdik. Tamamilə fərqli iki trasda sürətli olmağımızı görmək sevindiricidir. Ümid edirəm, Şpilberqdə bu uğuru davam etdirə biləcəyik”.




Şərh əlavə et