Kokpit.az xatırladır ki, monakolu sürücü yarışa onuncu yerdən başlayıb. O, 6-cı yerə qədər yüksəlsə də, texniki problelərə görə mübarizəni vaxtından əvvəl dayandırıb.
Şarl Lekler: “Məndə elektron əyləc sistemi sıradan çıxdı və sükan gücləndiricisi işləməyi dayandırdı. İkinci döngədə idim ki, sükan gücləndiricisi qəfil sıradan çıxdı və yarış mənim üçün elə həmin anda başa çatdı.
Bu yarışda heç bir uğuru öz adıma yazmaq istəmirəm. Yəni düşünmürəm ki, burada mənim hansısa rolum olub. Bütün işi Lyuis və komanda gördü və qələbəni öz gücləri ilə qazandılar.
Əlbəttə, mən Lyuisi daha iki-üç döngə arxamda saxlaya bilərdim, amma bu, mənim tərəfimdən axmaqlıq olardı. Lyuis yarışı inanılmaz şəkildə, 20 saniyə fərqlə qazandı. Son üç yarış həftəsonunda o, möhtəşəm çıxış edib. Lyuis əla formadadır və bu nəticəyə tam layiqdir.
İndi növbə məndədir – sürəti artırmalı, maşına olan inamımı bərpa etməli və bütün komponentləri bir araya gətirməliyəm. Ümid edirəm ki, növbəti yarış həftəsonları problemsiz keçəcək. Çünki son dörd mərhələ tam təmiz alınmadı, o cümlədən texniki baxımdan da. Həddindən artıq çox problemlə üzləşdim. Buna görə də qarşıdakı yarışları problemsiz keçirməyə, ritmimi tapmağa və yenidən ön sıralardakı mübarizəyə qayıtmağa ümid edirəm”.




Şərh əlavə et