Kokpit.az xatırladır ki, italyan sürücü İspaniya yarışında komanda yoldaşı Corc Rassellə mübarizə aparıb və onu keçərək, ikinci yerə yüksəlib. Lakin onun maşını problem yaşadığı üçün çempionatın lideri finiş görə bilməyib.
Kimi Antonelli: “Düşünürəm ki, bu gün ən sürətli biz idik. Yaxşı, yarışın sonunda Lyuis Həmilton çox sürətli idi, amma ikinci hissədə biz həqiqətən çox güclü temp göstərirdik. Buna görə də sürət baxımından hər şey qaydasında idi.
Əlbəttə, virtual təhlükəsizlik avtomobilindən sonra artıq Lyuisə çatmaq mümkün deyildi. Lakin onun adına, qələbəsi adına çox sevinirəm. Ferrari ilə ilk qələbəsini qazanmasını görmək xoşdur. Eyni zamanda isə özüm çox məyusam. Özümü tamamilə boşalmış hiss edirəm, ancaq belə hallar hamının başına gəlir. Ən vacibi daha güclü şəkildə geri qayıtmaqdır.
Heç bir şübhə yoxdur ki, Ferrari hazırda inanılmaz formadadır. Onların həm etibarlı, həm də sürətli maşını var. Buna görə də qarşımıza çıxan hər fürsətdən maksimum istifadə etməliyik. Aydındır ki, mövsüm asan keçməyəcək, amma mən artıq növbəti yarışı səbirsizliklə gözləyirəm. Çünki qaldığımız yerdən davam etmək və bu dəfə finişə çatmaq istəyirəm”.




Şərh əlavə et