Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso pit yolundan başlayacaq

Fernando Alonso bugünkü yarışa pit yolundan başlayacaq.

Kokpit.az bildirir ki, Aston Martin komandası ispaniyalı pilotun bolidində güc qurğusunun bir neçə elementini dəyişdirdiyi üçün qapalı park (parc fermé) qaydalarını pozub.

Hadisəni araşdıran stüardlar belə hallarda tətbiq olunan standart qərarı çıxarıblar – Fernando Alonso yarışa pit yolundan start verməli olacaq.

Xatırladaq ki, ikiqat Dünya Çempionu vətənində keçirilən sıralanma turunda 20-ci yeri tutmuşdu.

Rauf Hacıyev

Şərh əlavə et