Dördqat dünya çempionu komandanın cümə günkü məşqlərlə müqayisədə irəliləyiş əldə etdiyini bildirib. Ayzek Həcərr isə Red Bull Racing-in sürətini təsdiqləyərək altıncı nəticə göstərib.
Maks Ferstappen: “Bütün sıralanma turu boyunca, xüsusən də birinci sektorda sürətli idik. Təəssüf ki, həlledici dövrədə üçüncü sektorda hər şey qaydasında getmədi. Maşın istədiyimizdən daha çox sürüşürdü, təkərlərdə trasla kifayət ilişmə yox idi. Konkret nə baş verdiyini aydınlaşdırmalıyıq. Əks halda, düşünürəm ki, üçüncü yer əlçatan idivə bu, yaxşı nəticə sayılardı.
Bununla belə, biz yenə də üçüncü yerdən çox da uzaqda deyilik, poul nəticəsinə isə 0.3 saniyədən bir az çox uduzdum ki, bu da yaxşıdır. Dünən bunun üçün mübarizə apara biləcəyimizi düşünmürdüm, ona görə də bugünkü nəticəni irəliləyiş hesab etmək olar. Ümumilikdə yaxşı sıralanma turu keçirdik, bu gün maşını idarə etmək də əla idi. Bu həftəsonu hamının təkərlərlə bağlı problemləri var, buna görə sabah düzgün strategiyanı seçmək həlledici olacaq”.
Ayzek Hacıar: “Sıralanma turunda məşqlərlə müqayisədə irəliləyiş əldə etdik. Hətta liderlər üçlüyündən bu qədər az geri qalmağım məni təəccübləndirdi – bu, ümidvericidir, deməli, bu gün yaxşı işlədik. Sıralanma turunun finalında ilk sektoru həddən artıq aqressiv hücumla korladım, buna görə bir az məyusam. Qalan hər şey yaxşı keçdi.
Sabah bizi maraqlı yarış gözləyir – trasın yüksək temperaturu səbəbindən təkərin deqradasiyası çox olacaq və buna görə çox sayda pit-stop baş verəcək. Komanda birgə işləməlidir, amma biz adətən düzgün strategiyalar seçirik, ona görə də nəticənin necə olacağını görəcəyik”.




Şərh əlavə et