Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Hava kisəsindən yararlanmağa çalışacağam

Mercedes komandasının sürücüsü Kimi Antonelli bildirib ki, bu həftəsonu onun üçün çətin keçir. 

Kokpit.az xatırladır ki, italyan sürücü Barselonadalı sıralanma turunda üçüncü yeri tutub.

Kimi Antonelli: “Bu həftəsonu mənim üçün müəyyən çətinliklər yaranıb. Sükan arxasında istədiyim rahatlığı tapa bilmirəm, baxmayaraq ki, dünən məşqlərdə uzun seriyada kifayət qədər yaxşı temp göstərmişdim və bu, müsbət məqam idi.

Bu gün isə bir qədər sürət çatışmazlığı hiss etdim, amma sabah bunun əvəzini çıxmağa köklənmişəm.

Yaxşı start almağa çalışacağıq, daha sonra isə əlbəttə ki, hava kisəsindən maksimum dərəcədə yararlanmağa çalışacağıq. Lakin sabahkı Qran Priyə hazırlaşmaq üçün ciddi işləməli olacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et