Xəbəri Kokpitdə Oxuyun!

Pirelli maraqlı taktiki mübarizə gözləyir

Bazar günü günorta Barselonadakı avtodromun asfaltı 50 dərəcəyədək və daha çox qızacaq. Pirelli yarışda maraqlı taktiki mübarizə gözləyir.

Bu isə o deməkdir ki, asfalt 50 dərəcəyədək və daha da çox qızacaq. Pirelli isə yarışın gedişində maraqlı taktiki mübarizənin şahidi olacağımızı proqnozlaşdırır.

Dario Marrafuski, Pirelli Motorsport-un direktoru: “Komandalar üçüncü sərbəst yürüşü yalnız təsnifata hazırlıq üçün istifadə etdilər – uzun dövrə seriyalarına heç kim keçmədi. Əvəzində hamı bir sürətli dövrəyə kökləndi, çünki bir qədər sonra məhz buna ehtiyac yaranacaqdı. Hələ dünən aydın idi, bu gün də qismən təsdiqləndi ki, ikinci cəhddə dövrəvi vaxtı yaxşılaşdırmaq mümkün deyil, istidə deqradasiyası səviyyəsi çox yüksəkdir.

Bu, ilk növbədə, rekord dərəcədə yüksək asfalt temperaturu ilə bağlıdır. Bu gün yol örtüyünün 53 dərəcəyədək qızdığı qeydə alınıb və bu, həm də simulyatorda hesablanmış rəqəmlərdən dövrə vaxtlarının daha zəif olmasını izah edir”.

Marrafuskinin sözlərinə görə, sabahkı yarış üçün mümkün taktiki variantlar ən azı iki pit-stop nəzərdə tutur. Komandalar Medium şinlərlə start götürüb Hard-a keçə bilər, daha sonra isə tempdən asılı olaraq məsafənin son hissəsini sarı və ya ağ markalı şinlərlə keçmək barədə qərar verə bilərlər.

Qeyd etmək lazımdır ki, komandaların əksəriyyəti sərt təkərlərin iki dəstini qoruyub saxlayıb. Daha çox aşağı asfaltayatma qüvvəsi yaradan maşınlarda məhz Hard daha effektiv işləyir, baxmayaraq ki, onun deqradasiya səviyyəsi digər iki tərkiblə müqayisədə cüzi dərəcədə aşağıdır.

Bundan başqa, yumşaq təkərlə start, ardınca Medium-a keçid və sonda yarışın həlledici mərhələsində Hard istifadəsini nəzərdə tutan başqa bir variant da var. Üç pit-stoplu sxemdə isə üç hissə Soft ilə keçilir, sonda isə Medium-a keçilir. Lakin vaxt baxımından bu yanaşma digər variantlardan ciddi şəkildə fərqlənmirsə də, tıxac və ötmə ehtiyacı nəzərə alındıqda, çox az komandanın əvvəlcədən məhz bu variantı seçəcəyi ehtimal olunur.

Gilanur Huseynova

Şərh əlavə et