Kokpit.az bildirir ki, komandaların sürücüləri bunu həm də şanssızlıqla əlaqələndiriblər
Franco Kolapinto: “Daha bir çətin gün oldu və yenə də gözlədiyimiz nəticəni əldə edə bilmədik. Cümə günü ilə müqayisədə irəliləyiş əldə etdik, amma bu, cümədən şənbəyə gözlədiyimiz qədər böyük addım olmadı. Maşında özümü rahat hiss etmirəm, o, çox sürüşür, gözlənilməz şəkildə davranır, ona nəzarət etmək çətindir.
Məsələ bizim kifayət qədər çalışmamağımızda deyil – əlimizdən gələni edirik, amma vəziyyət o qədər də yaxşılaşmayıb. Bu həftəsonu ilk onluğa daha yaxın mübarizə aparmağa ümid edirdik, amma bundan xeyli uzaq qaldıq. Gəlin, sabahın nə gətirəcəyinə baxaq”.
Pyer Qasli: “Çətin gün oldu. Hansısa səbəbdən bu trasda sadəcə bəxtimiz gətirmir. Əminəm ki, daha yaxşı nəticə göstərə bilərdik, amma bu dəfə sıralanma turunun finalına yüksəlmək əlçatmaz oldu. Həftəsonu boyunca niyə özümü rahat hiss etmədiyimizi anlamağa çalışırıq.
Əyləcləmə zamanı maşında sabitlik çatmır – bir neçə şeyi sınaqdan keçirdik, hətta şassini də dəyişdik, amma yenə də lazım olan cavabları tapa bilmədik. Çox güman ki, bazar günü bizi ciddi təkər aşınması gözləyir, ona görə yarış asan olmayacaq. Gəlin, sonda nə alınacağını görək. Bir neçə yer qazanmağa çalışacağam”.




Şərh əlavə et