Xəbəri Kokpitdə Oxuyun!

V.Bottas: Aston Martin-lə fərqi artırdıq

Barselona-Kataloniya Qran Prisinin sıralama turunda 19-cu və 20-ci yerləri tutan Cadillac nəticədən razıdır. Komanda Aston Martin-dən aralandığını düşünür.

Kokpit.az xəbər verir ki, komandada bildirilib ki, bolidin potensialını reallaşdırmağa və əsas rəqibləri olan Aston Martin-dən aralanmağa nail olublar.

Serxio Peres: “Həftəsonunun əvvəlindən etibarən diqqətimizi yarışa hazırlığa yönəltdik, buna görə də sıralama turu əvvəlcədən müəyyən kompromisləri nəzərdə tuturdu. Bununla belə, bu gün potensialımızı reallaşdırıb gözləntilərdən bir qədər yüksək nəticə göstərdik ki, bu da nikbinlik yaradır.

Bu trasda yarış zamanı strategiya və təkərlərlə iş həlledici rol oynayacaq. Biz yarışa maksimum hazırlaşmaq üçün böyük iş gördük. Komanda hazırlıq mərhələsində əlindən gələni etdi və indi vacib olan hər imkandan istifadə etmək, səhvlərdən yayınmaq və boliddən maksimumu almaqdır”.

Valtteri Bottas: “Üçüncü sərbəst yürüşün mənim üçün necə keçdiyini nəzərə alsaq, sıralama turunu müsbət adlandırmaq olar. Komanda ortaya çıxan problemi həll edib aradan qaldıra bildi. Sərbəst yürüşdə bolidə dəyən zərərə görə mənə bəzi köhnə ehtiyat hissələrinə qayıtmaq lazım gəldi.

Şəraitə baxanda düşünürəm ki, mövcud imkanlardan maksimumu götürdük. Xüsusilə komandanın bütün əməkdaşlarının işini qeyd etmək istəyirəm – mexaniklər əla işlədilər və bolidi vaxtında sıralama turuna hazırlamağa nail oldular. Görünür, indi biz Williams-a əvvəlkindən daha çox yaxınlaşmışıq və Aston Martin-dən bir qədər uzaqlaşmışıq. Buna baxmayaraq, hələ bir çox sahədə irəliləməliyik.

Bazar günü keçiriləcək yarış əsasən təkərlərin deqradasiyası və qızması ilə nə dərəcədə effektiv mübarizə aparacağımızdan asılı olacaq. Çox güman ki, əksəriyyət ən azı iki pit-stop edəcək və bu, bizim üçün əlavə imkanlar yarada bilər”.

Gilanur Huseynova

Şərh əlavə et