Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Problem təkərlərlə bağlıdır

Cümə günü keçirilən məşqlərdə Red Bull Racing komandası təkərlərlə bağlı ciddi problemlərlə üzləşib.

Kokpit.az xəbər verir ki, bunu günü 6-cı yerdə başa vuran Ferstappen də təsdiq edib.

Maks Ferstappen: “Cümə günü maşın mənə nə sürətli, nə də yavaş döngələrdə rahatlıq hissi verdi. Asfaltla ilişmə, inam və balans çatışmırdı – gecə ərzində bunun üzərində işləyəcəyik.

Problemlər təkərlərlə bağlıdır – heç bir tərkibdə kifayət qədər asfaltla ilişmə yox idi, maşın trasda yaxşı davranmırdı. Balansla bağlı da problemlərimiz var, amma görünür, bu həftəsonu bir çox komanda çətinlik yaşayır.

Hazırda liderlər qrupu ilə mübarizə aparmırıq, amma sıralanma turuna qədər vəziyyətimizi yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.

Gilanur Huseynova

Şərh əlavə et